• Bakı 15° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Yunanıstandan Ukraynaya DƏSTƏK: qaz tədarükünə dair müqavilə...

DÜNYA

17 Noyabr 2025 | 08:14

Yunanıstandan Ukraynaya DƏSTƏK: qaz tədarükünə dair müqavilə...

Ukraynanın qış ehtiyaclarını ödəmək üçün 2025-ci ilin dekabrından 2026-cı ilin martına qədər Amerika mayeləşdirilmiş təbii qazı (LNG) Kiyevə çatdırılacaq.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna və Yunanıstan Afinada müqavilə imzalayıb.

Yunanıstanın dövlət qaz şirkəti “DEPA” və Ukraynanın “Naftogaz” şirkəti 2025-ci ilin dekabrından 2026-cı ilin martına qədər qış dövrü üçün Ukrayna bazarına təbii qazın tədarükü ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.

Bəyanatda deyilir ki , bu saziş regional enerji əməkdaşlığının və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm addımdır. İki liderin və ABŞ-ın Yunanıstandakı yeni səfiri Kimberli Quilfoylun iştirakı ilə baş tutan sazişin imzalanması onlara ağır qışın ortasında Ukraynanı dəstəkləməyə imkan verəcək .

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Noyabr 2025