• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı

DÜNYA

18 Sentyabr 2025 | 10:35

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı

Türkiyədə güc strukturlarının keçirdikləri əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" hesabında bildirib.

Nazirin açıqlamasına əsasən, İŞİD terror qruplaşmasının üzvü olan, təşkilatla əlaqəli saxta yardım qurumlarını maliyyə vəsaiti ilə təmin edən və sosial media hesabları üzərindən onun təbliğatını aparan 51 şübhəli jandarma tərəfindən saxlanılıb.

Əli Yerlikaya qeyd edib ki, əməliyyat son iki həftədə Türkiyənin Adana, Adıyaman, Amasya, Ankara, Antalya, Balıkesir, Çanakkale, Çankırı, Çorum, Diyarbakır, Ərzurum, Qaziantep, Hakkari, Hatay, İğdır, İsparta, İstanbul, İzmir, Kırıkkale, Kırşehir, Kilis, Kocaeli, Konya, Mersin, Muğla, Nevşehir, Niğde, Osmaniye, Şanlıurfa, Tekirdağ, Tokat və Zonquldakda həyata keçirilib. Şübhəlilərdən təşkilata dair çox sayda sənəd və rəqəmsal materiallar müsadirə olunub.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025