• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Pekində 12-ci Syanşan Forumu işə başlayıb

DÜNYA

18 Sentyabr 2025 | 09:00 | Müəllif: Əli Hüseynov

Pekində 12-ci Syanşan Forumu işə başlayıb

Çinin paytaxtı Pekində “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə 12-ci Syanşan Forumu keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksəkrütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər. Azərbaycanı nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində 4 plenar iclas, 8 paralel sessiya, yüksəksəviyyəli dialoqlar, gənc zabitlər, alimlər üçün seminar və brifinqlər keçiriləcək.

2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksəkrütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026