Rusiyada iyulun 19-20-də uçuşların məhdudlaşdırılması səbəbindən 134 təyyarə alternativ aerodromlara yönləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Şeremetyevoda 78, Vnukovoda 45, Domodedovoda 8, Jukovskidə 3 təyyarə alternativ limana göndərilib.
Məhdudiyyət səhər saatlarında aradan qaldırılsa da, Şeremetyevoya təyyarələrin uçuş və enişinə yenidən qadağa tətbiq edilib.
Qeyd edək ku,Rusiya MN Moskva vilayətində bu gecə 19 PUA vurduğu haqda məlumat yayıb.