• Bakı 25° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İQTİSADİYYAT

20 Iyun 2025 | 11:55

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 9-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 10 daşınar və 6 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11 avadanlıq və 5 torpaq səhəsidir.

Əmlakların start qiyməti 2 000 – 125 900 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər iyulun 4-nə qədər qəbul olunacaq.


SON XƏBƏRLƏR