• Bakı 25° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Bakıdakı UFC turnirindən əvvəl rəsmi çəkiölçmə mərasimi keçirilib

CƏMİYYƏT

20 Iyun 2025 | 11:38

Bakıdakı UFC turnirindən əvvəl rəsmi çəkiölçmə mərasimi keçirilib

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə yarışdakı bütün MMA döyüşçüləri təxminən bir saat ərzində çəkidən keçiblər.

“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan təmsilçilərindən Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR