“İcbari tibbi sığortanın tətbiqindən sonra Qobustan Rayon Mərkəzi Xəstəxanasında daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediaturda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyib.
Onun sözlərinə görə, artıq xəstəxanada ginekoloji, LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatlar icra olunur.
“Son bir il yarımda artıq 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir”.
Qeyd edib ki, yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib.
Mina Mikayılova