• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vüsal Murtuzəliyevin son durumu açıqlandı

CƏMİYYƏT

20 Iyun 2025 | 11:05

Vüsal Murtuzəliyevin son durumu açıqlandı

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.

"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026