• Bakı 25° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

O hovuz 23 il əvvəl tikilibmiş... - Sahibi danışdı - VİDEO

CƏMİYYƏT

20 Iyun 2025 | 11:18

O hovuz 23 il əvvəl tikilibmiş... - Sahibi danışdı - VİDEO

“Bu yer 2002-ci ildə tikilib. İndiyə qədər sökülmək məsələsi olmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Nəsimi rayonu Azadlıq prospekti 13 ünvanında yerləşən ikimərtəbəli binanın damında qanunsuz tikildiyi iddia olunan və nəticədə sökülən hostelin sahibi Valeh Abasəliyev bildirib.

Sahibkar iddia edib ki, həmin tikililər müvafiq icra strukturlarının icazəsi ilə aparılıb: “Bir ay bundan əvvəl gəldilər ki, bu hovuzu və tikililəri sökəcəyik. Mən sənədləri göstərəndən sonra dedilər ki, biz bunu sökə bilmərik, çünki hər şey qanunidir. Qanunsuz tikili bircə hovuzdur, onu sökəcəyik. Mən də dedim ki, mənim gözüm üstə, sökün, etirazım yoxdur. Onlar gəlib sadəcə hovuzu yox, bütün tikililəri sökdülər. Məhkəməyə verəcəyəm ki, mənim başıma bu işi niyə gətiriblər?!”

Məsələ ilə bağlı binanın balansdaşıyıcısı olan Nəsimi MKTB-dən bildirilib ki, şikayət əsasında bir müddət öncə birliyin mütəxəssisləri tərəfindən binaya baxış keçirilib. Müəyyən edilib ki, damda tikilən hovuz və əlavə tikili binanın konstruksiyasına və dam örtüyünə ciddi təhlükə yaradır. Tikililərin binaya daha böyük zərər verməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb və tikililər sökülüb.

Daha ətraflı süjetdə:


SON XƏBƏRLƏR