“Terror baş versə, Hizbullah olmayacaq".
Bakıvaxtı.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Katz Hizbullahın münaqişəyə qoşulma ehtimalını şərh edərkən deyib.
O bildirib ki, Hizbullah lideri Naim Qasim ehtiyatlı olmalı, öz sələflərindən ibrət götürməlidir.
"İsrailin terror qruplarına səbr etməyə dözümü qalmayıb", - nazir vurğulayıb.