Sabah Azərbaycana yay fəsli daxil olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a verilən məlumata görə, yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.
Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.
Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Nərgiz Məmmədli