• Bakı 25° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

BMT Xondabdakı hücumlara qiymət verməlidir - Əraqçi

DÜNYA

20 Iyun 2025 | 12:30

BMT Xondabdakı hücumlara qiymət verməlidir - Əraqçi

İran BMT Təhlükəsizlik Şurasının (TŞ) İsrail Silahlı Qüvvələrinin Xondabdakı ağır su reaktoruna hücumlarına reaksiyasını gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran XİN başçısı Abbas Ərqaçi sosial şəbəkələrdə yazıb.

"Əgər Təhlükəsizlik Şurası indi heç bir tədbir görməsə, o, beynəlxalq ictimaiyyətə izah etməlidir ki, niyə onun hüquqi prinsipləri bu qədər vacib bir məsələdə seçici şəkildə tətbiq olunur. O, qlobal yayılmama rejimi bir gün çökərsə əsas məsuliyyəti daşıyacaq", - A.Ərqaçi qeyd edib.

Onun sözlərinə görə, obyekt Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında və Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində texniki spesifikasiyalara uyğun olaraq tikilir.


SON XƏBƏRLƏR