• Bakı 25° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Kreml Karapetyanla bağlı vəziyyəti diqqətlə izləyir

DÜNYA

20 Iyun 2025 | 13:03

Kreml Karapetyanla bağlı vəziyyəti diqqətlə izləyir

Kreml "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın Ermənistanda həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, Moskva Rusiya Federasiyası vətəndaşı kimi Karapetyana bütün lazımi yardımı göstərməyə hazır olacaq.

    “Ermənistanın daxili işlərinə qarışmaq istəmirik, lakin biz, əlbəttə ki, Rusiya vətəndaşı ilə bağlı hər şeyi diqqətlə izləyirik”, - Kremlin sözçüsü vurğulayıb.

    Qeyd edək ki, rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanda həbs edilib. Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb. Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

    Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.


    SON XƏBƏRLƏR