• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

KİV: İsrail İranın nüvə obyektlərinə zərbələr endirə bilər

DÜNYA

21 May 2025 | 09:03

KİV: İsrail İranın nüvə obyektlərinə zərbələr endirə bilər

İsrail ordusu Vaşinqton və Tehran arasında aparılan danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın hakim dairələrindəki mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

"İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb. Həmçinin ABŞ və İranın Tehranın tamamilə uranından imtina etməyəcəyi ilə bağlı saziş bağlaması perspektivi belə bir zərbə ehtimalını artırır", - məlumatda deyilir.

Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı yekun qərarı verib-vermədiyini bilmir.


SON XƏBƏRLƏR