İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Qətərin “Əl-Cəzira” telekanalı Səhiyyə Nazirliyinə istinadən yayıb.
Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb.
Nazirliyin statistik məlumatına görə, İsrailin Zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər həlak olub, 9647 nəfər yaralanıb.
Ümumilikdə Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana ölənlərin sayı 53 573 nəfərə çatıb, 121 688 nəfər isə yaralanıb.