• Bakı 19° C

    2.99 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum oldu

DÜNYA

22 Mart 2025 | 09:10

Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum oldu

“Ferrari”nin britaniyalı pilotu Luis Həmilton “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının ikinci mərhələsi – Çin Qran-prisinin sprint yarışının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, yarışlar Şanxayda keçirilir.

İkinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri tutub. Üçüncü yeri “Red Bull” komandasından niderlandlı Maks Ferstappen qazanıb.

“Formula-1”də sprint yarışları 2021-ci ildən keçirilir. Sprintdə qalib gələn pilot çempionatın ümumi hesabına 8 xal qazanır. Həmilton belə bir yarışı ilk dəfə qazanıb. Britaniyalı sprint yarışını qazanan ilk “Ferrari” pilotu olub.

Həmiltonun 40 yaşı var, o, “Formula”1-in yeddiqat çempionudur. Britaniyalı pilot “Ferrari” komandasında ikinci Qran-prisini keçirir. 2013-cü ildən pilot “Mercedes”də, 2007-2012-ci illərdə isə “McLaren”də çıxış edib.

Yarışın sıralama turu şənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 11:00-da başlanacaq. Yarış bazar günü saat 11:00 start götürəcək.


SON XƏBƏRLƏR

19 May 2025