• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İran ordusu sərhədə “yeridildi” - General elan etdi

DÜNYA

20 Aprel 2025 | 23:46 | Müəllif: Subhan Mahmudov

İran ordusu sərhədə “yeridildi” - General elan etdi

İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya yerləşdirib.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Keyumərs Heydəri deyib.

Generalın sözlərinə görə, onlar hərtərəfli kəşfiyyat və təhlükəsizliyi təmin etmək üçün strateji mövqedədirlər və bu, güclü təhlükəsizlik və qabaqlayıcı tədbirdir.

Qeyd edək ki, Keyumərsin bu sözləri yeni fəaliyyət kimi yayılsa da, general yanvarın sonunda da eyni sözləri işlətmişdi. Yəni İran diviziyalarının sərhədə yeridilməsi doğrudursa, bu, ən azı bir neçə ay öncə olub.

Həmçinin Keyumərs bu gün İranın məxfi silahlarının olduğu ilə bağlı da düşmənləri hədələməyi unutmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026