• Bakı 18° C

    14.85 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

İsrail bu ölkədən nümayəndələrini geri çağırır

DÜNYA

20 May 2025 | 23:09

İsrail bu ölkədən nümayəndələrini geri çağırır

Fələstinin HƏMAS hərəkatı Amerikanın xüsusi elçisi Stiv Uitkoffun girovların azad edilməsi və atəşkəs planını qəbul etməkdən imtina etdiyi üçün İsrail Dohadan nümayəndə heyətini geri çağırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib.

Qeyd olunub ki, İsrail tərəfi Vaşinqtonun Uitkoff planı əsasında oğurlananların geri qaytarılması təklifi ilə razılaşır, lakin HƏMAS imtina siyasətinə sadiq qalmaqda davam edir.

"Dohada bir həftəlik gərgin təmaslardan sonra yüksək səviyyəli danışıqlar qrupu məsləhətləşmələr üçün İsrailə qayıdacaq", - ofisdən bildirilib.

Onlar əlavə ediblər ki, İsrail işçi qrupu Qətərdə təmaslarını davam etdirəcək.


SON XƏBƏRLƏR

20 May 2025