• Bakı 15° C

    1.79 m/s

Nigeriyada bina çökdü: 5 nəfər öldü

DÜNYA

20 Aprel 2025 | 22:19 | Müəllif: Subhan Mahmudov

Nigeriyada bina çökdü: 5 nəfər öldü

Nigeriyanın cənub-qərbindəki Laqos əyalətində üç mərtəbəli yarımçıq binanın uçması nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər isə xilas edilib.

Bakıvaxtı.az-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə səbəb binanın uzun müddət istifadəsiz qalmasıdır. Nəticədə suvaqsız olan tikilinin dayaqları zəifləyib.

Yerli ekspertlər belə hadisələrin baş verməsini konstruksiyaların köhnəlməsi, tikinti qaydalarına əməl edilməməsi və keyfiyyətsiz tikinti materiallarından istifadə ilə əlaqələndirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026