Britaniya hökuməti 2008-ci ildən sonra doğulan insanlara siqaret satışını qadağan edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Birləşmiş Krallığı tütünsüz ölkəyə çevirməyi hədəfləyən qanunun parlament tərəfindən qəbul edilməsini alqışlayıb. İcmalar Palatasının üzvləri və yuxarı palatanın Lordları mətnin son versiyası barədə razılığa gəliblər. Parlament üzvləri son oxunuşda qanun layihəsini 366 səs lehinə, 41 səs əleyhinə olmaqla təsdiqləyiblər. Leyboristlərin səhiyyə naziri Ues Stritinq bunu tarixi qərar adlandıraraq, onları ömür boyu asılılıq və zərərdən qorunan ilk tütünsüz nəsil kimi qiymətləndirib.
Yeni qanuna əsasən hazırda 17 yaşı və ya daha kiçik olan hər kəs heç vaxt qanuni olaraq siqaret ala bilməyəcək. Bu tədbirə əlavə olaraq, qanunvericilik uşaq meydançaları kimi açıq hava məkanlarında, eləcə də məktəb və xəstəxanaların yaxınlığında siqaret çəkməyi qadağan edib.
Qeyd edək ki, Leyboristlər Partiyası artıq 1 iyun 2025-ci il tarixindən etibarən gənclər arasında populyar olan parlaq rənglərdə və dadlarda olan birdəfəlik elektron siqaretlərin (pufların) satışını qadağan edib.
Məlumat üçün bildirək ki, siqaret çəkmək Böyük Britaniyada ildə təxminən 80 min insanın ölümünə səbəb olur. Bütün xərçəng ölümlərinin dörddə biri siqaretin mənfi təsiri üzündən baş verir.
Aydın Baxış
Bakı 




