Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinə yeni müdir təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə Məmməd Qasımov sözügedən vəzifəyə təyin edilib.
Bundan əvvəl Məmməd Qara oğlu Qasımov İcra Hakimiyyəti yanında Ərazi Tikinti Planlanşdırma Mərkəzində sektor müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, 03.04.2025-ci il tarixində Ayaz Hüseynov Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad olunaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.