• Bakı 21° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək - RƏSMİ

CƏMİYYƏT

30 Mart 2023 | 14:33

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.


SON XƏBƏRLƏR

10 May 2025