• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Havanın temperaturu 5-9 dərəcə düşəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

29 Aprel 2023 | 13:58 | Müəllif: Qalib İbrahimoğlu

Havanın temperaturu 5-9 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, 2-də arabir yağış yağacağı gözlənilir.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.Azərbaycanın rayonlarında

    Aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Qərb küləyi arabir 15-20 m/s, mayın 1-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR