• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Avtomobillə yük daşımalarının sayı ARTIB

CƏMİYYƏT

29 May 2023 | 10:52

Avtomobillə yük daşımalarının sayı ARTIB

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları 39,2 milyon ton yaxud yük daşımalarının ümumi həcminin 55 faizini təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a məlumat verilib.

Məlumata görə, avtonəqliyyatla yük daşımaları 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,2 faiz artıb.

Özəl sektorda avtonəqliyyatla yük daşımaları 4,1 faiz artıb. Qeyd olunan dövrdə özəl sektorun payına avtomobil nəqliyyatı ilə bütün yük daşımalarının 76,2 faizi düşüb.

Yanvar-aprel aylarında avtonəqliyyatla sərnişin daşımaları 504,1 milyon nəfər olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20 faiz çoxdur. Qeyd olunan dövrdə avtobusla 95,5 faiz, taksi və digər özəl daşıyıcılarla isə 4,5 faiz sərnişin daşınıb.

Bundan başqa, Bakı metropoliteninin xidmətlərindən 71,7 milyon nəfər istifadə edib (12,9 faiz artım).

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 71,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 578,6 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin göstəricisindən 19,2 faiz çoxdur.


SON XƏBƏRLƏR

25 Aprel 2024