• Bakı 18° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Bu buraxılış vərəqələrini "mygov" üzərindən almaq mümkün olub

MULTİMEDİA

05 May 2025 | 11:16

Bu buraxılış vərəqələrini mygov üzərindən almaq mümkün olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə əməkdaşlığı ilə vətəndaşlara aid "İmtahana buraxılış vərəqəm" məlumatları “mygov” platformasına inteqrasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya İRİA-dan bildirilib.

    Bu yenilik sayəsində cari ildə bakalavr və magistratura səviyyələri üzrə imtahana qeydiyyatdan keçmiş şəxslər buraxılış vərəqəsini və yaddaş kitabçasını imtahana az müddət qalmış “mygov” vasitəsilə əldə edə biləcəklər.

    İstifadəçilər "mygov" platformasında "Təhsil məlumatlarım" bölməsindən imtahana buraxılış vərəqəsini elektron formada yükləyə bilərlər.

    İmtahana buraxılış vərəqəsinin "mygov"a inteqrasiyası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil sahəsinin Rəqəmsallaşması üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilib.

    Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi vətəndaşlara müxtəlif portallara keçid etmədən zəruri dövlət xidmətlərinə, sənəd və məlumatlara vahid rəqəmsal məkanda rahat və operativ çıxış imkanı yaratmaqdır.

     

     


    SON XƏBƏRLƏR