• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ərazidə yaşayan sakinlər dayanacaq yerindən narazıdırlar - VİDEO

CƏMİYYƏT

24 Avqust 2022 | 14:15 | Müəllif: Subhan Mahmudov

Bu ərazidə yaşayan sakinlər dayanacaq yerindən narazıdırlar - VİDEO

Bakın Xətai rayonu, İlham Məmmədov 26 ünvanında avtobus dayanacağı yoxdur.

Bakıvaxtı.az xezerxeber.az-a istinadən bildirir ki, həmin ünvanda yaşayan sakinlər dayanacaq sarıdan problem yaşadıqlarını deyirlər. Onların sözlərinə görə, ehtiyac olan yerdə dayanacaq yoxdur, zəruri olmayan yerdə isə quraşdırılıb. Halbuki 1 il əvvələ qədər sözügedən ünvanda dayanacaq olub.

Sakinlər problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə etdikləri müraciətlərin cavabsız qaldığını deyirlər.

Mövzuya münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər Xəbər"ə deyib ki, bu məsələ ilə bağlı cari ilin 2 iyun tarixində vətəndaşlar Agentliyə müraciət ediblər. Bunun əsasında mütəxəssislər əraziyə baxış keçirib və müvafiq təhlillər aparıblar. Sakinlərin qeyd etdiyi nöqtə ilə mövcud dayanacaq məntəqəsi arasında 140 metr məsafə var. Bununla yanaşı, yol hərəkəti qaydaları və piyada təhlükəsizliyi baxımında da mövcud dayanacaq məntəqəsinin yeri daha məqsədəmüvafiq hesab edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026