• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tesla 1 milyondan çox avtomobili geri çağırır

CƏMİYYƏT

23 Sentyabr 2022 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Tesla 1 milyondan çox avtomobili geri çağırır

Elektrikli avtomobil istehsalçısı Teslanın pəncərələrin çox tez bağlanması və insanların barmaqlarına zərərvurma ehtimalı səbəbindən ABŞ-da 1,1 milyon avtomobili geri çağıracağı bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-da səlahiyyətlilər tərəfindən mövzu ilə bağlı hazırlanan hesabat nəqliyyat vasitələrində bir maneə aşkar edildikdə şüşələrin düzgün reaksiya vermədiyini göstərib.

Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi bunun təhlükəsizlik pozuntusu olduğunu bildirib.

Tesla tərəfindən verilən açıqlamada problemin proqram yeniləməsi ilə aradan qaldırılacağı bildirilib.

Şirkət avtomatik pəncərələrlə bağlı problemi avqust ayında istehsal sınaqları zamanı aşkar edib. Qeyd olunub ki, bu problemlə bağlı heç bir zəmanət iddiası, qəza, xəsarət və ölüm halları barədə məlumat verilməyib.

Problemli nəqliyyat vasitələrinin sahiblərinə noyabrın 15-dən məktubla məlumat veriləcək.

Şirkətin sənədləri göstərir ki, 13 sentyabrdan sonra istehsal olunan avtomobillərdə problemi həll etmək üçün lazım olan yenilənmiş proqram təminatı var.

Aytac Aslan


Tesla 1 milyondan çox avtomobili geri çağırır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR