• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şəhidin tələbə bacısı VƏFAT ETDİ - FOTO

CƏMİYYƏT

22 Oktyabr 2022 | 21:33 | Müəllif: Subhan Mahmudov

Şəhidin tələbə bacısı VƏFAT ETDİ - FOTO

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə apa-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: "Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.


Şəhidin tələbə bacısı VƏFAT ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026