• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sahildəki plastik tullantılar ölkəmizə məxsus deyil - AÇIQLAMA

CƏMİYYƏT

21 Noyabr 2022 | 19:29 | Müəllif: Subhan Mahmudov

Sahildəki plastik tullantılar ölkəmizə məxsus deyil - AÇIQLAMA

Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Bakıvaxtı.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib:

“Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edilib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində həmin xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən min metr məsafədə yayılıb”.

V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR