• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

CƏMİYYƏT

21 Dekabr 2022 | 18:36 | Müəllif: Subhan Mahmudov

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə iclası hakimlərin işlərinin çox olması səbəbindən təxirə salınıb.

Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026