• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

20 Yanvar Azərbaycanın həm də qəhrəmanlıq günüdür

CƏMİYYƏT

20 Yanvar 2023 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

20 Yanvar Azərbaycanın həm də qəhrəmanlıq günüdür

20 Yanvar hadisələri Azərbaycan tarixinə qara ləkə kimi, eyni zamanda Azərbaycan xalqının Milli Qəhrəmanlıq Günü kimi yazılıb.

1990-cı ilin 20 yanvar tarixində Azərbaycan xalqına qarşı törədilən amansız vəhşilik Azərbaycanın müstəqillik yolunda atdığı addımları dayandıra bilmədi. Bu müstəqillik Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan digər xalqlara da nümunə oldu və onlar da öz müstəqilliklərini qazandılar.

Həmin gün “Bir kərə yüksələn bayraq bir daha enməz” hayqırtıları ilə Bakı küçələrinə axışan Azərbaycan oğulları əslində şəhid olacaqlarını bilirdilər. Onlar rus tanklarının yolundan çıxmayaraq, bu milli şücaəti bütün dünyaya hayqırdılar. Və 70 illik əsarətə son qoydular.

O gün orada şəhid olan soydaşlarımız müstəqil Azərbaycan Respublikasının və milli ruhun təzahüründə öncüllər oldullar.

"Qızıl Ordu"nun Bakıda ilk hədəfi dövlət televiziyası oldu. Məqsəd Bakıda törədilən vəhşiliklərdən dünyanın xəbər tutmamasına nail olmaq, Azərbaycanın dünya ilə əlaqəsini kəsmək idi.  Azadlıq meydanında 147 nəfəri tanklar altında qalaraq qətlə yetirildi. "Qızıl Ordu" o qədər vəhşiləşmişdi ki, yaralıları daşıyan təcili yardım maşınına da atəş açırdılar.

Həmin gün orada şəhid olan 147 nəfər müstəqil Azərbaycan dövlətinin əsasını qoydu desək, yanılmarıq. 

Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə ərazi bütövlüyünü təmin edib. Bu gün olduğu kimi, Azərbaycan bundan sonra da regionun parlayan ulduzu olaraq qalacaq.

Səfər Qaraqoyunlu
İSTAD prezidenti


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR