• Bakı C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

“Qarabağda ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb

CƏMİYYƏT

23 Dekabr 2024 | 12:02

“Qarabağda ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb”

“İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.

Nəzərə çatdırıb ki, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib:

“Hazırda işğaldan azad edilən torpaqlarda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR