• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Bu ərazilərdən heyvan və quş əti idxalına məhdudiyyət qoyuldu

CƏMİYYƏT

16 Yanvar 2025 | 12:27

Bu ərazilərdən heyvan və quş əti idxalına məhdudiyyət qoyuldu

Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Həmin ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Məqsəd qeyd olunan ölkələrdən Azərbaycana keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


SON XƏBƏRLƏR