• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

Övladınızda bu əlamətlər varsa... - Valideynlərə xəbərdarlıq

CƏMİYYƏT

15 Fevral 2025 | 10:39

Övladınızda bu əlamətlər varsa... - Valideynlərə xəbərdarlıq

Qış aylarında yayılması sürətlənən qrip (influenza) virusu yenidən təsirini artırıb.

Bakıvaxtı.az xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Ercan Kayış valideynlərə vacib tövsiyələr edib.

"Xəstə uşaqları məktəbə göndərməyin" çağırışı edən mütəxəssis bildirib ki, bu, həm övladınızı, həm də digər uşaqları infeksiyadan qorumaq üçün vacibdir. "Əgər uşağınızda yüksək hərarət, nəfəs darlığı və inadkar öskürək varsa, vaxt itirmədən həkimə müraciət edin",– deyə o qeyd edib.

Dr. Kayış xüsusilə kiçik yaşlı uşaqlarda qrip virusunun yüksək hərarət, əzələ ağrıları, titrəmə, halsızlıq və iştahsızlıq kimi simptomlarla özünü büruzə verdiyini bildirib. "Əgər bu vəziyyət vaxtında müalicə olunmazsa, orta qulaq iltihabı, sətəlcəm və bronxit kimi ağırlaşmalara yol aça bilər. Bundan başqa, RSV (Respirator Sinsitial Virus) xüsusilə 2 yaşdan kiçik körpələrdə ciddi tənəffüs problemlərinə səbəb ola bilər" – deyə mütəxəssis xəbərdarlıq edib.

Uşaqları infeksiyalardan necə qorumaq olar?

Həkim valideynlərə uşaqların immun sistemini gücləndirməyi tövsiyə edib:

Vitamin C tərkibli meyvələr, protein mənbələri və bol maye qəbuluna diqqət yetirin.
Əl gigiyenasına riayət edin. Viruslar əsasən əllər vasitəsilə yayılır.

Qapalı və sıxlıq olan məkanlardan uzaq durun. Körpələr üçün kreşlər, məktəblər və oyun meydançaları yoluxma riskini artırır.

Xəstə uşaqları məktəbə göndərməyin! Bu, həm onların, həm də ətrafdakılar üçün vacibdir.
Əgər uşağınızda yüksək hərarət, nəfəs darlığı və inadkar öskürək varsa, dərhal həkimə müraciət edin.M

ütəxəssisin sözlərinə görə, erkən diaqnoz və düzgün müalicə ciddi fəsadların qarşısını ala bilər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Fevral 2025