• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sərnişinlər metrodan çıxarılır? - Nələr baş verir? - AÇIQLAMA

CƏMİYYƏT

17 Mart 2025 | 09:30

Sərnişinlər metrodan çıxarılır? - Nələr baş verir? - AÇIQLAMA

Metronun "Koroğlu" stansiyasının infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur.

Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Hacıyev deyib.

Onun sözlərinə görə, metroda sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var.

"Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir",- deyə B.Hacıyev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə səhər saatlarında metronun "Koroğlu" stansiyasından sərnişinlərin çıxarılması ilə bağlı görüntülər yayılıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026