• Bakı C

    15.95 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Qatarlar gecikir - ADY səbəbləri AÇIQLADI

CƏMİYYƏT

16 Aprel 2025 | 08:56

Qatarlar gecikir - ADY səbəbləri AÇIQLADI

Azərbaycan Dəmir Yolları (ADY) QSC ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADY-dən Bakıvaxtı.az-a bildirilib ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Baş verən bütün hallara qarşı qabaqcadan hazırlıqlar görülüb və operativ reaksiya verilir.

ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.


SON XƏBƏRLƏR