• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Su basmış ərazilərdən kənarlaşdırma işləri davam edir

CƏMİYYƏT

16 Aprel 2025 | 13:35

Su basmış ərazilərdən kənarlaşdırma işləri davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar su basmış ərazilərdən sular çəkilir.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

"Əməkdaşlar yaşayış evlərindən və digər su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işlərini davam etdirirlər. Bununla yanaşı, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

18 Aprel 2025