• Bakı C

    15.49 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

NİİM: Bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb

CƏMİYYƏT

16 Aprel 2025 | 09:57

NİİM: Bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb

Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Bakıvaxtı.az-a bildirib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək.


SON XƏBƏRLƏR