Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 16.04.2025-ci il tarixində saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5-i qadın, 3-ü kişi cinsli olmaqla) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Yevlax rayonu Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib
Mina Mikayılova