• Bakı 15° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Əhalinin NƏZƏRİNƏ - bayram günlərində...

CƏMİYYƏT

17 Mart 2025 | 10:34

Əhalinin NƏZƏRİNƏ - bayram günlərində...

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.


    SON XƏBƏRLƏR

    16 Mart 2025