• Bakı 14° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Bakıda daha bir restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO

CƏMİYYƏT

17 Mart 2025 | 09:58

Bakıda daha bir restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Bakıda daha bir restoranın fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az AQTA-ya istinadən xəbər verir ki, Xətai rayonu Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR