• Bakı 13° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Bu futbolçu "Osiyek"in şərəfini qoruyacaq

İDMAN

13 Avqust 2024 | 16:05

Bu futbolçu Osiyekin şərəfini qoruyacaq

"Zirə"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Osiyek" kollektivi yeni transferini açıqlayıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Osiyek şəhərinin eyni adlı komandası mərkəz müdafiəçisi Emin Hasiçi sıralarına qatıb.

21 yaşlı oyunçu İsveçin "Varnam" klubundan transfer olunub. O, İsveçin U-21 millisinin şərəfini qoruyur.

Qeyd edək ki, “Zirə” komandası ilk matçda səfərdə “Osiyek”lə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.


SON XƏBƏRLƏR

02 Noyabr 2025