"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubu ilə yeni üç illik müqavilə barədə razılığa gəlib.
Bakıvaxtı.az xəbər verir ki, 42 yaşlı çalışdırıcının əvvəlki müqaviləsi mövsümün sonunda başa çatır və onun "Real" və ya "Barselona"ya gedəcəyi istisna olunmurdu.
Arteta 2027-ci ilə kimi "Arsenal"da qalmaqla bağlı razılığa gələrək söz-söhbətlərə son qoyub.
Arteta 2019-cu ilin dekabrından "Arsenal"ı çalışdırır və baş məşqçi kimi işlədiyi beş il ərzində komandanın nəticələrinin müsbətə doğru dəyişməsində mühüm rol oynayıb.
İspaniyalı mütəxəssisin rəhbərliyi ilə "Arsenal" 2020-ci ildə İngiltərə kubokunu qazanıb və son iki mövsümdə Premyer Liqada 2-ci yeri tutub. /idman.biz