• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bu gün avtobuslar saat neçəyə qədər işləyəcək? - RƏSMİ

CƏMİYYƏT

27 Fevral 2025 | 12:58

Bu gün avtobuslar saat neçəyə qədər işləyəcək? - RƏSMİ

Hava şəraitinin dəyişməsi ilə əlaqədar avtobusların bu gün saat neçəyə qədər işləyəcəyi açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

Bildirilib ki, qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir. 

Nəzərə çatdırılıb ki, bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir, sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.

Qurumdan verilən məlumata görə, sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb. 

Həmçinin ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın adi rejimdə davam etdiriiləcəyi qeyd olunub:

“Dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək”, - AYNA-dan qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025