• Bakı C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Azərbaycan Qran-prisi: “Formula 2”nin qalibləri mükafatlandırıldı - YENİLƏNİB

FORMULA 1

06 Iyun 2021 | 14:20

Azərbaycan Qran-prisi: “Formula 2”nin qalibləri mükafatlandırıldı - YENİLƏNİB

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

“Hitech Grand Prix”dən Yuri Vips fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Prema Racing”dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yerə layiq görülüb. "Uni-Virtuosi Racing"in pilotu Felipe Druqoviç 4-cü ola bilib.

Qeyd edək ki, saat 14:10-da “Formula 1”də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1”də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

13:12

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin son - əsas yarışı start götürüb.

Təxminən bir saatdan sonra qalib bəlli olacaq.

Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək.

09:58

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

Yarışın sonuncu günündə ilk olaraq “Formula 2” pilotları mübarizə aparacaq.

Ardınca isə əsas mərhələ start götürəcək.Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Azərbaycan Qran-prisi

6 iyun

“Formula-2”

Saat 12:45-13:50 - Əsas yarış

“Formula-1”

Saat 14:10-14:50 – Pilotların təqdimatı

Saat 15:44-15:46 – Dövlət Himni mərasimi

Saat 16:00-18:00. Əsas yarış

Qeyd edək ki, ilk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.

Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.


SON XƏBƏRLƏR