• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşuldular

FORMULA 1

05 Iyun 2021 | 19:20

Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşuldular

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin pilotları 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə ağacəkmə aksiyasına qoşulmaqla Azərbaycan təbiətinə töhfə verib.

Bakıvaxtı.az-ın məlumatına görə, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov və Formula 1 pilotları iştirak ediblər. Aksiya çərçivəsində Hökumət Evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.

Xarici ölkələrdən gəlmiş qonaqların tədbirdə iştirak etməklə ətraf mühitin qorunmasına əməli töhfə vermələri sevindiricidir və bu aksiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının tarixində bir yenilikdir.

Ağacların əkilməsində məqsəd ətraf mühiti qorumaqla gələcək nəsillərə daha gözəl təbiət bəxş etməkdir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il 5 iyun tarixi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.


SON XƏBƏRLƏR