• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

MƏDƏNİYYƏT

13 May 2025 | 10:40

Bu gün IX Muğam Televiziya Müsabiqəsi başlayır

Bu gün IX Muğam Televiziya Müsabiqəsinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya layihənin icraçı direktoru İlqar Fəhmi məlumat verib.

    O bildirib ki, bu il IX Muğam Televiziya Müsabiqəsinə 20 nəfər gənc, 10 nəfər uşaq seçilib.

    İcraçı direktor qeyd edib ki, təxminən 3 ay ərzində Bakıda və bölgələrdə dinləmələr keçiriləcək. Final mərhələsi isə avqust ayına nəzərdə tutulur.

    Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür.


    SON XƏBƏRLƏR