Bu gündən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.
Bakıvaxtı.az bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.
Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.
Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Bu gün şagird yerdəyişməsi dayandırılır
CƏMİYYƏT
01 Aprel 2025 | 09:29

SON XƏBƏRLƏR
17:24
14:29
13:25
13:20















