• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi AÇIQLANDI

CƏMİYYƏT

03 Fevral 2023 | 16:34

Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi AÇIQLANDI

Bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin sədri Rövşən Rzayev komitədə keçirilən kollegiya iclasında deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durur.

“Onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edilib. Ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir”, - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

28 Mart 2024