• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

6 şagird imtahandan  QOVULDU 

CƏMİYYƏT

05 Mart 2023 | 15:36 | Müəllif: Qalib İbrahimoğlu

6 şagird imtahandan QOVULDU

Bu gün 29 şəhər və rayonda on birinci sinif şagirdlərinin buraxılış imtahanı keçirilib.

​​​Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.

Qeyd olunan hallarla bağlı araşdırma aparılacaq.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. 

"Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar",- DİM-dən bilirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026